Dr. Afaq Məmmədli
Dr. Afaq Məmmədli

randevu al
qəbul günləri
  • B.E. / Ç.A. / Ç. / C.A. / C. / Ş. / B. /
    09:00 - 17:00

Dr. Afaq Məmmədli
Dr. Afaq Məmmədli

Həkim reabilitoloq-fizioterapevt Afaq Məmmədli, 1992-1999-cu illərdə, Azərbaycan Dövlət Tibb Universitetinin “Müalicə işi” fakültəsində təhsil alıb.

Uşaq Bərpa Mərkəzində, “Turk-American Medical”da, “Milli İdman Tibbi-Reabilitasiya İnstitutunda” reabilitoloq-fizioterapevt işləyib.

2018-ci ilin noyabr ayından “Mediland Hospital”da, Uşaq-Reabilitasiya şöbəsində şöbə müdiri vəzifəsində çalışmağa başlamışdır.

Kurslar və seminarlar

2011-ci ildə Türkiyədə “İLGİ ÖZÜL EĞİTİM VE REHABİLİTASYON MERKEZİNDE” “Bobat terapiya metodu” üzrə uzunmüddətli təcrübə kursu keçib.

2012-ci ildə Rusiyada “ADELE reabilitasiya kostyumları” üzrə kurs keçmişdir.

2012-ci ildə Türkiyədə “CREATURE COMFORT CAGE METODU-UZAY TERAPİSİ, Motor Becerileri ve Gelişim Egzersizleri” kursu keçmişdir.

2014-2015-ci illərdə İsveçrənin “Reha-Technology” şirkəti tərəfindən “G-EO System” robotik yerimə apparatı üzrə kurs keçmişdir.

2015-ci ildə Avropa Birliyinin dəstəyi ilə fransız mütəxəssislər tərəfindən “Tibbi-sosial reabilitasiya” mövzusunda keçirilən “TWINNING” layihəsində iştirak edib.

2016-cı ildə Türkiyənin Uludağ universitetinin “İdman-tibbi reabilitasiya” kafedrasının professoru Dr. Bedrettin Akova tərəfindən keçirilən seminarlarda iştirak edib.

2018-ci ilin Yanvar ayında Polşa və Almaniyalı mütəxəssislər tərəfindən keçirilən “Voyta Terapiya Metodu” üzrə I modul, İyun ayında isə “Voyta Terapiya Metodu” üzrə II modul keçərək beynəlxalq sertifikat alıb.

2018-ci ilin Oktyabr ayında Polşa və Çexiyalı mütəxəssislər tərəfindən keçirilən “Uşaq manual terapiyası və yumşaq manual texnikalar” üzrə ixtisaslaşmışdır.