Hamiləlik qadının özəl fizioloji vəziyyətidir və bu dövrdə qadına həyat tərzini tənzimləyəcək, qarşıdan gələn doğuşa fiziki, psixoloji, həm də informasion hazırlamaqla doğuş stresini azaldacaq, doğuşdan sonrakı dövrün özəlliklərini öyrədəcək peşəkar dəstək lazımdır
Xarici ölkələrdə hamilələrə dəstək üçün xüsusi mərkəzlər fəaliyyət göstərir. Bu mərkəzlərdə hamilələrə dəstək işi üzrə peşəkar hazırlıq keçmiş tibb işçiləri çalışır ki, onlara “Doula”, “Doğum dəstəkçisi”, “Doğum koçu” deyilir.
Doula nə iş görür? Təcrübələr göstərir ki, hamiləlik dövründə doula xidmətindən faydalanan qadınlar doğuşa daha hazırlıqlı olur, hamiləliyin fərqli dövrlərinə və doğuşdan sonrakı praoblemlərə daha rahat adaptasiya edirlər. Hamiləlik dövründə müntəzəm olaraq doğru qidalanma üzrə peşəkar dietoloqun nəzarət və tövsiyələri, fiziki hazırlıq, psixoloji adaptasiya, məlumatlanma, sosial tədbirlər üzrə doulanın fəaliyyəti, psixoloqun, pediatrın, ginekoloqun keçdiyi seminarlar hamilənin doğuşa hazırlıq stresini xeyli dərəcədə azaltmaqla yanaşı, doğuş nəticələrini də yaxşılaşdırır
Medilan Hospital hamilə qadınlara dəstək məqsədi ilə öz nəzdində “Analıq məktəbi” təşkil etmişdir. İnanırıq ki, bu mərkəz həm hamilə qadınların həm də onları müşahidə edən akuşer ginekoloqların ürəyincə olacaqdır.
News
Other news