Mediland Hospitalda yeni mərkəz istifadəyə verildi. UŞAQ REABİLİTASİYA MƏRKƏZİ artıq balaca pasientlərimizin xidmətindədir. Mərkəzimiz uşaqlara və yeniyetmələrə kompleks reabilitasiya xidməti göstərir.Mərkəzin əsas iş prinsipi-professionallıq və individual yanaşmadır. Uşaq serebral iflici,inkişaf ləngiməsi və dayaq-hərəkət sistemi patalogiyalarının müalicəsində ən müasir metodlardan istifadə edirik. Reabilitasyon Adeli kostyumları,müalicəvi idman,uzay-terapiya,Voyta terapiya,Bobat terapiya,PNF terapiya,uşaq manual terapiyası və.s prosedurların köməyilə hər bir uşagı individual,intensiv və effektli reabilitasiya ilə təmin edərək, onların gündəlik həyat keyfiyyətini maksimal dərəcədə yaxşılaşdırırıq. UŞAQ REABİLİTASİYA MƏRKƏZİndə fiziki reabilitasiya ilə yanaşı, psixoloji reabilitasiya da vardır.
News
Other news