Coronar Angiography

Koronar Angioqrafiya nədir?

Koronar angioqrafiya — ürəyi qidalandıran tac (koronar) damarların vəziyyətini vizual olaraq dəyərləndirmək üçün tətbiq olunan invaziv diaqnostik üsuldur. Bu prosedur kontrast maddə və rentgen cihazı vasitəsilə koronar damarların darlıq və ya tıxanma vəziyyətini aşkar etməyə imkan verir.

Koronar angioqrafiyanın məqsədi:

• Ürək damarlarının tıxanma və ya daralma dərəcəsini müəyyənləşdirmək
• İnfarkt riski daşıyan xəstələri vaxtında aşkar etmək
• Angina (sinə ağrısı) səbəblərini araşdırmaq
• Stent və ya bypass əməliyyatına ehtiyac olub-olmadığını təyin etmək
• Əvvəlki müdaxilələrdən sonra (stent, bypass) damarların vəziyyətini izləmək

Necə aparılır?

• Müayinə steril şəraitdə, adətən anjio laboratoriyasında həyata keçirilir
• Lokal anesteziya altında qasıq və ya bilək nahiyəsindən damar yolu açılır
• Kateter vasitəsilə koronar arteriyalara kontrast maddə yeridilir
• Xüsusi rentgen cihazı ilə damarların görüntüsü alınır
• Müayinə təxminən 15–30 dəqiqə davam edir

Koronar angioqrafiyanın üstünlükləri:

• Tac damarlarında olan problemlərin dəqiq və sürətli aşkarlanması
• Uygun müalicə strategiyasının dərhal təyin olunması
• Lazım gəldikdə angioplastika və stent prosedurlarının eyni seansda həyata keçirilməsi
• Yüksək diaqnostik dəqiqlik və etibarlılıq

Kimlərə tövsiyə olunur?

• Uzunmüddətli sinə ağrısı yaşayanlar
• Yüksək infarkt riski olan xəstələr
• EKG və Exokardioqrafiya nəticələri şübhəli olan şəxslər
• Daha əvvəl ürək əməliyyatı keçirmiş və kontrola ehtiyacı olan xəstələr