Hepatology

Hepatologiya – qaraciyər, öd kisəsi və öd yolları xəstəliklərinin diaqnostika və müalicəsi ilə məşğul olan ixtisas sahəsidir. Qaraciyər orqanizmin ən vacib orqanlarından biridir və onun sağlamlığı bütün bədənin normal fəaliyyəti üçün həyati əhəmiyyət daşıyır.

Xidmətlərimizə daxildir:
• Qaraciyər xəstəliklərinin erkən diaqnostikası
• Hepatitlərin (A, B, C və s.) aşkarlanması və müalicəsi
• Qaraciyərdə piylənmə (yağlı qaraciyər) xəstəliyinin müalicəsi
• Qaraciyər sirrozu və fəsadlarının nəzarəti
• Qaraciyər şişləri və kistlərinin aşkarlanması
• Öd kisəsi və öd yolları xəstəliklərinin diaqnostika və müalicəsi
• Qaraciyər funksiyasının laborator və ultrasəs müayinələri

Üstünlüklərimiz:
• Təcrübəli hepatoloqlar
• Müasir laborator və instrumental diaqnostika
• Fərdi müalicə planı
• Xəstələrin davamlı izlənməsi və profilaktik nəzarət