TUR – prostat vəzinin böyüməsi və ya digər patologiyalarının minimal invaziv üsulla cərrahi müalicəsini təmin edən effektiv prosedurdur. Bu əməliyyat sidik ifrazı problemlərinin aradan qaldırılmasında geniş tətbiq olunur.
TUR əməliyyatı aşağıdakı hallarda tətbiq olunur:
• Prostat vəzin benign hiperplaziyası (BPH)
• Sidik ifrazı çətinlikləri
• Qanaxma və digər prostat problemləri
• Prostat şişlərinin diaqnostik və müalicəvi məqsədlərlə çıxarılması
Üstünlükləri:
• Minimal invaziv üsul, qısa reabilitasiya müddəti
• Sidik ifrazının sürətli bərpası
• Xəstə üçün rahat və təhlükəsiz prosedur
• Təcrübəli uroloqlar tərəfindən icra olunur