Endoskopiya – xüsusi optik cihaz (endoskop) vasitəsilə həzm sistemi orqanlarının daxildən görüntülənməsi və müayinəsidir. Bu üsul mədə, bağırsaq, qida borusu və digər həzm sistemi orqanlarında yaranan problemlərin erkən aşkarlanmasına imkan verir.
Endoskopiya ilə aşkar oluna bilən hallar:
• Qastrit və mədə xoraları
• Qida borusunda reflüks və eroziyalar
• Poliplər və şişlər
• Mədə-bağırsaq qanaxmaları
• İltihabi bağırsaq xəstəlikləri
• Xarici cisimlərin aşkarlanması
Üstünlükləri:
• Yüksək dəqiqliklə diaqnostika imkanı
• Zəruri hallarda biopsiya götürülməsi
• Ağrısız və təhlükəsiz icra olunması
• Erkən mərhələdə xəstəliklərin aşkarlanması