şöbənin həkimləri
şöbə ilə əlaqə
-
Telefon:220
-
Mobil:0774740303
əks əlaqə
Əlavə məlumat üçün formanı doldurun
digər şöbələrə keçid
Reanimasiya və Anesteziologiya
Xəstəxanamızın əməliyyat bloku bütün müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunaraq, ayrı-ayrı 4 əməliyyat otağını özündə birləşdirir. Xəstəxanada demək olar ki, bütün növ cərrahi – ümumi cərrahiyyə, uroloji, plastik-estetik-rekonstruktiv, burun-qulaq-boğaz, neyrocərrahiyyə, həmçinin travmatologiya və ortopediya aid əməliyyatlar uğurla həyata keçirilir. İcra olunan bütün cərrahi müdaxilələr tibbin son standartlarına cavab verən anestezioloji xidmət ilə təmin olunur.
Ciddi cərrahi əməliyyatlardan sonra xəstələr 9 yataqlı intensiv terapiya bölümünə yerləşdirilir. Bu bölümdə həm də ürək-damar, tənəffüs, digər həyati vacib orqanların ciddi funksional pozğunluğu ilə olan xəstələr ixtisaslaşmış konservativ müalicə alırlar. Bölüm müasir avadanlıqlarla və peşəkar kadrlarla komplektasiya olunmuşdur.





