Hospitalımızda yaş, cins və şikayətlərinizdən asılı olaraq hər cür check up xidmətlərdən yararlana bilərsiniz.

Check-up hər hansı sağlamlıq problemi olmadan, sağlamlığı qorumaq, ola biləcək xəstəlik risklərinin erkən dövrdə təsbiti və müalicəsi üçün tətbiq olunan, hər kəsin ildə bir dəfə nizamlı olaraq etdirməsi lazım olan səhiyyə araşdırmasıdir. Məlumata görə, check-upa gəlmədən öncə xəstələr daha əvvəldən edilmiş test nəticələrini özləri ilə gətirməli, ac gəlməli, gecə saat 12.00-dan sonra yeməməli, yalnız su içməlidir. Qadınlar üçün check-up günü mensturasiya dövründə edilə bilməz. Bundan başqa, qabaqcadan kəsilməsi lazım olan dərmanları həkimlə məsləhətləşmək lazımdır.



Bəs insan hər istəyəndə və ya pulu olanda gedib check-up oluna bilərmi?

Mütəxəssislər deyir ki, insanlar vəziyyətlərinə görə tənzimlənmiş check-up müayinəsinə getməlidir. Ümumilikldə isə hər bir insan 45 yaşından sonra müntəzəm olaraq check-up üçün həkimə getməlidir. Qadınlar isə ildə iki dəfə müayinədən keçməlidir. Buna səbəb qadınlarda uşaqlıq boynu xərçənginin öncədən aşkara çıxması üçün altı aydan bir və ya ən az ildə bir dəfə retrospektiv analiz verilməsinin vacibliyidir. Heç bir problemi, şikayəti olmayan xəstələr belə ginekoloqun müayinəsindən keçirlər.
 
Check-Up cinsindən və yaşından asılı olmayaraq hər kəs üçün vacibdir. Diabet, xolesterol yüksəkliyi, ürək-damar xəstəlikləri, süd vəzi, uşaqlıq və uşaqlıq boynu, yoğun bağırsaq, sidik kisəsi və prostat vəzi kimi bəzi orqanların xərçənginin, həmçinin osteoporoz kimi xəstəliklərin rastgəlmə tezliyinin artması sağlamlıq müayinələrinin müntəzəm aparılmasını vacib edir. Xüsusilə də genetik risk daşıyan şəxslərin ən azı ildə bir dəfə check-up müayinədən keçmələri ilə qeyd edilən xəstəliklərin qarşısını almaq mümkündür. Hər hansı sağlamlıq problemi olmayan insanlar ildə bir dəfə ümumi müayinədən keçməlidilər. Yaş, çəki, irsi faktor, əvvəllər keçirilmiş xəstəlik anamnezi və həyat tərzi kimi bir çox nüanslar nəzərə alınaraq hər bir şəxs üçün fərdi check-up paketi də hazırlana bilər.
 
Ailəsində piylənmə, diabet və yüksək təzyiq kimi xroniki xəstəliyi olanlar, ginekoloji orqanlar, süd vəzi və prostat vəzi xərcəngi kimi xəstəliklər üçün risk qrupuna daxil olanlar, digər xroniki və irsi xəstəliklər üçün risk qrupuna daxil olanlar, gərgin şəraitdə və ağır stress altında işləyənlər, menopauza dövrünü daha sağlam keçirmək istəyən qadınlar check-updan mütləq keçməlidir.
 
Fərdi sağlamlıq analizi proqramı tərtib edilərkən ilk hədəf şəxslərin xəstəliklərdən qorunmasını təmin etməkdir.
 
Genetik quruluşunu, qidalanma və idman vərdişlərini, sosial həyatını, təhsil və iqtisadi səviyyəsini, yaşadığı ətraf mühit amillərini nəzərə aldıqda hər bir şəxsi dünyada "tək” hesab etmək olar. Bu baxımdan check-up adlandırılan sağlamlıq analizləri yalnız sizə aid olduqda daha faydalı olur.