Əsas məqsədimiz - əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq, bizə müraciət edən hər bir pasiyentin məmnunluğuna nail olmaqdır.
Bu məqsədə doğru gedən yol isə, xəstəxanaya kvalifikasiyalı ixtisasçıların cəlb olunmasından, müalicə prosesində yüksək texnologiyaların istifadəsindən, tibbi xidmət işində idarəetmənin effektivliyindən və kollektivimizdə olan korporativ ruh yüksəkliyinin daimi olmasından keçir.
Mediland Hospitalın qarşısına qoyduğu məqsədlərin icrası üçün davamlı inkişaf konsepsiyası vardır və nə qədər ki, biz varıq, insanlarımız hər zaman barəmizdə xoş sədalar eşitməkdə davam edəcəklər.