Parazitologiya laboratoriyamız orqanizmdə parazitlərin aşkarlanması və identifikasiyası üzrə xidmət göstərir. Qan, sidik, nəcisdən və digər nümunələrdən aparılan təhlillər parazitar infeksiyaların düzgün diaqnozu və effektiv müalicə planının hazırlanmasında mühüm rol oynayır. Müasir avadanlıqlar və təcrübəli mütəxəssislərimiz nəticələrin dəqiq və vaxtında təqdim olunmasını təmin edir.