Mikrobiologiya laboratoriyamız infeksion xəstəliklərin diaqnozu və müalicəsinin düzgün istiqamətləndirilməsi üçün əsas rol oynayır. Qan, sidik, bəlğəm və digər nümunələr üzərində aparılan mikroboloji analizlər bakteriya, virus və digər patogenlərin aşkarlanmasını təmin edir. Müasir avadanlıqlar və təcrübəli mütəxəssislərimiz nəticələrin dəqiq və operativ təqdim olunmasını təmin edir.