KT yüksək dəqiqlikli diaqnostik üsuldur və xüsusi rentgen şüaları vasitəsilə orqan və toxumaların qat-qat görüntülənməsini təmin edir. Bu müayinə daxili orqanların, sümük və damar sisteminin xəstəliklərini vaxtında aşkarlamağa imkan yaradır. Qısa müddətdə dəqiq nəticə verdiyi üçün təcili hallarda və geniş diaqnostik müayinələrdə mühüm rol oynayır.