MRT müasir və təhlükəsiz diaqnostik üsuldur. Güclü maqnit sahəsi və radio dalğaları vasitəsilə orqan və toxumaların dəqiq görüntülənməsini təmin edir. Bu müayinə beyin, onurğa, oynaq və daxili orqanların xəstəliklərinin vaxtında aşkarlanmasında mühüm rol oynayır. Şüa yükü olmadan aparıldığı üçün pasiyent üçün tamamilə təhlükəsizdir.