Plazmaferez
Plazmaferez – qanın maye hissəsinin (plazmanın) xüsusi aparat vasitəsilə süzülərək zərərli maddələrdən təmizlənməsi prosedurudur. Bu üsul orqanizmdə toksinlərin, allergenlərin, immun komplekslərin və zərərli metabolitlərin azaldılmasına kömək edir.
Plazmaferez aşağıdakı hallarda tətbiq olunur:
• Autoimmun xəstəliklərdə (məsələn, sistemli qırmızı qurd eşənəyi, miasteniya və s.)
• Neyroloji xəstəliklərdə
• Revmatoid və iltihabi xəstəliklərdə
• Allergik xəstəliklərdə və dərmanlara qarşı həssaslıqda
• Qanda xolesterinin yüksək olduğu hallarda
• Sepsis və ağır intoksikasiyalarda
• Qaraciyər və böyrək çatışmazlığı zamanı
Üstünlükləri:
• Qanın zərərli maddələrdən təmizlənməsi
• İmmun sisteminin yükünün azalması
• Müalicənin digər üsullarına dəstək və təsirin artırılması
• Orqanizmin ümumi vəziyyətinin yaxşılaşdırılması