Hemodiafiltrasiya – qanın xüsusi aparat vasitəsilə həm süzülmə (filtrasiya), həm də diffuziya yolu ilə təmizlənməsini təmin edən müasir müalicə üsuludur. Bu prosedur zamanı qanda yığılan zərərli maddələr, artıq maye və toksinlər bədəndən xaric olunur.
Hemodiafiltrasiya hansı hallarda tətbiq olunur?
• Xroniki böyrək çatışmazlığında
• Kəskin böyrək zədələnməsində
• Ağırlıq dərəcəsi yüksək intoksikasiyalarda
• Elektrolit və maye pozulmalarında
• Sepsis və ağır infeksion vəziyyətlərdə
Üstünlükləri:
• Qanda həm böyük, həm də kiçik molekullu toksinlərin effektiv təmizlənməsi
• Orqanizmdə maye balansının bərpası
• Xəstənin ümumi vəziyyətinin yaxşılaşdırılması
• Klassik hemodializlə müqayisədə daha təsirli nəticə verməsi