şöbənin həkimləri
şöbə ilə əlaqə
  • Telefon:
    131
  • mobil:
    0774740321
əks əlaqə
Əlavə məlumat üçün formanı doldurun
digər şöbələrə keçid

Ürək damar bərpa mərkəzi

Ürəyin fərqli xəstəlikləri zamanı yaranan funksional problemləri fiziki hərəkətlər və həyat tərzini tənzimləmə yolu ilə müalicə üsulları  kardioreabilitasiya, və ya ürək bərpası adlanır. Ürək bərpası metodları bu gün dünyada ən populyar və effektli müalicə üsulu hesab edilir. Ürək bərpa müalicəsi bir çox ürək xəstəliklərində - ürək damarlarının daralması və tıxanması nəticəsində əmələ gəlmiş işemik xəstəlikdə, xroniki ürək çatmazlığında, ürək damarlarına stend qoyulduqdan və ya ürək damarlarının şuntlanmasından sonrakı dövrdə adaptasiya və sağlamlığın tam qazanılması üçün çox effektlidir. Kardioreabilitasiya – ürək xəstələrinin həm funksional vəziyyətini, həm də həyat keyfiyyətini xeyli yaxşılaşdırır.