Uzm. Dr. Şəhriyar Fətullayev
Həkim Şəhriyar Fətullayev Ankara Universiteti Tibb fakültəsində Ortopediya və Travmatologiya üzrə uzmanlıq təhsili almışdır. Dayaq hərəkət sisteminin (sümük, əzələ, oynaq) xəstəlikləri üzrə mürəkkəb cərrahi əməliyyatları həyata keçirir.

Uzm. Dr. Şəhriyar Fətullayev
Həkim Şəhriyar Fətullayev Ankara Universiteti Tibb fakültəsində Ortopediya və Travmatologiya üzrə uzmanlıq təhsili almışdır. Dayaq hərəkət sisteminin (sümük, əzələ, oynaq) xəstəlikləri üzrə mürəkkəb cərrahi əməliyyatları həyata keçirir.

İcra etdiyi əməliyyatlar:

  • Artroksopik Əməliyyatlar: Çiyin, Dirsək, Əl Bilək, Diz, Aşıq-Baldır Oynaqlarında qapalı-endoskopik əməliyyatlar (Çiyin ağrıları, Çiynin təkrari çıxıqları, Çiyində əzələ-vətər yırtıqları, Dizdə Menisklərin yırtığı və Qığırdağın xəstəlikləri ,Ön çarpaz bağ/Arxa çarpaz bağ qopmalarının artroskopik təmiri, Aşıq-baldır oynağında qığırdaq yaralanmaları, sıxışma sindromunun endoskopik müalicəsi, Ön və Arxa aşıq-baldır oynağı artroskopiyası, Əl biləyinin xroniki və kəskin ağrılarının diaqnostik və müalicəvi artroskopiyası və s.)
  • Oynaqların Endoprotezləşdirilməsi: Bud-çanaq, Diz, Aşıq-baldır, Çiyin, Dirsək Oynaqlarında Birincili və Revizion cərrahiyyəsi (Osteoartroz, posttravmatik artrozlarda, yetişkinlərdə bud-çanaq oynağı çıxığı səbəbilə yaranmış artrozlarda endoprotez əməliyyatı, Protez İnfeksiyalarının Cərrahi müalicəsi)
  • Ortopedik Onkologiya və İnfektif cərrahi xəstəlikləri: Ətrafların Sümük və Yumuşaq toxumalarının Xoş xassəli və Bəd xassəli şişlərinin (Osteosarkoma, Xondrosarkoma, Ewing sarkoma, Lipoma, Liposarkoma, Anevrizmal və Bəsit sümük kisti, Fibroz displaziya, Osteoid osteoma, Ekzostoz, Enxondroma və s.) cərrahi müalicəsi, Tumor Rezeksion Protezlərlə, Damarlı Sümük Qreftləri ilə Ətraf Qoruyucu (Limb Salvage) Cərrahiyyənin aparılması, Metastatik sümük və yumuşaq toxuma şişlərinin cərrahi müalicəsi (endoprotez, intramedullar nail və s. ilə fiksasiya,eksiziya), Septik artrit, Osteomielitlərin cərrahi müalicəsi və s.
  • Əl Cərrahiyyəsi: Vətər, Damar, Sinir kəsikləri, Vətər transverləri, Dərin və Səthi əl yaralanmaları, Replantasiyalar (qopmuş barmaq,əl qol,ayağın mikrocərrahi metodlarla bərpası), Əlin Anadangəlmə anomaliyaları, Karpal sümüklərin və falanksların travması (sınıq, çıxıq, deformasiya), Karpal/Kubital Tunel sindromu, Tətik barmaq, Baş barmağın və barmaqların cərrahi digər xəstəlikləri, Uşaqlarda Bazu kələfinin iflicinin cərrahi müalicəsi və s.
  • Ətraflarda Mikrocərrahi Əməliyyatlar (Damar və Sinirlərdə mikroskopik təmir əməliyyatları)
  • Travmalar, Deformasiya Cərrahiyyəsi: İzolə və Müştərək Travmalar, Sınıqların (Körpücük, bazu, mil, dirsək, çanaq, bud, qamış, ayaq sümüklərinin) Açıq və Qapalı Fiksasiyası, Çıxıqların (Bazu, Dirsək, Bud- çanaq, Diz, Aşıq-baldır oynaqlarının çıxığı ) Cərrahi və Konservativ müalicəsi, Sümük sınıqları sonrasında birləşməmə (psevdoartrozlar) və deformasiyaların cərrahi müalicəsi, Ətraflarda Qısalıqların və Əyriliklərin cərrahi müalicəsi və s.
  • Ayağın Cərrahi Xəstəlikləri: Halluks valgus( Xalq arasında podaqra deyilən...) , Halluks rigidus, Dərzi bunyonu, Freiberg xəstəliyi, Morton Neyroması, Pes Planus (yastıayqlılıq), Pes Cavus, Çəkic barmaq, Ayağın digər deformasiyaları, Axil vətər yırtıqları və vətərin qısalıqları və s.
  • Pediatrik Ortopediya: Bud-Çanaq Oynağının Anadangəlmə çıxığı, PEV (Əyripəncəlilik), Əyriboyunluq, Pertes xəstəliyi, Pediatrik travmalar və s.

Ətraflı məlumat: www.drfatullayev.com