Xəbərlər

Mediland Hospital 1 milyonuncu pasiyentini qarşılamağa hazırlaşır!

2014-cü ildən fəaliyyət göstərən Mediland Hospital, təxminən 11 illik fəaliyyətin ardından 1 milyonuncu pasiyentini qəbul etməyə hazırlaşır. Bu əlamətdar hadisə özəl səhiyyə sektorunda böyük dönüş nöqtəsinə işarə edir – həm xidmət keyfiyyətinin, həm də əməkdaşların peşəkarlığının nəticəsidir. Mediland Hospital yüksək ixtisaslı mütəxəssislər, müasir diaqnostika avadanlıqları və geniş şöbə şəbəkəsi ilə – 22 şöbə, təcili yardım, laboratoriya, cərrahiyyə və reabilitasiya üzrə xidmət göstərir.Bu mərhələyə çatan xəstəxana, həm yerli, həm də beynəlxalq standartlara cavab verən tibbi yanaşmaya sadiqliyini nümayiş etdirir.

Bu fürsəti Siz də qazana bilərsiniz! 
Qeydiyyatdan keçin, sağlamlığa doğru bir addım da siz atın!