şöbənin həkimləri
şöbə ilə əlaqə
-
Telefon:108
-
Mobil:0774740330
əks əlaqə
Əlavə məlumat üçün formanı doldurun
digər şöbələrə keçid
ÖZƏL ORTOPEDİYA VƏ TRAVMA MƏRKƏZİ
ORTOKLİNİK Mediland Hospital nəzdində fəaliyyət göstərir. Geniş tibbi xidmət imkanlarını özündə cəmləşdirən Mediland hospital, multidissiplinar ortopediya və travmatologiya komandası ilə dayaq-hərəkət sisteminin xəstəliklərində SİZƏ dəstək olmaq üçün çalışır. ORTOKLİNİK – Azərbaycanda müasir ortopediya və travmatologiya sahəsində elmi əsaslara, klinik təcrübəyə və beynəlxalq protokollara əsaslanan unikal özəl tibbi təşəbbüsdür. Mərkəz dayaq-hərəkət sisteminin
xəstəliklərinin erkən diaqnostikası, profilaktikası və cərrahi müalicəsində müasir tibbi metodları pasientlərə tətbiq edir. Məqsədimiz hərəkət azadlığını bərpa etməklə insanların həyat keyfiyyətini yüksəltməkdir.
Uzman Dr.Şəhriyar FƏTULLAYEV
ORTOKLİNİK rəhbəri
Həkim Şəhriyar Fətullayev Tibbin Ortopediya və Travmatologiya sahəsi üzrə ixtisaslaşmışdır. Azərbaycan Tibb Universitetində bakalavr (6il+1il internatura), Türkiyə Respublikası Ankara Universiteti Tibb fakültəsi İbni Sina Xəstəxanasında Ortopediya və Travmatologiya/Əl cərrahiyyəsi kafedrasında uzmanlıq (rezidentura) təhsili (5il) almışdır. Birçox yerli və beynəlxalq kurslara qatılmışdır. Azərbaycanda müxtəlif özəl və dövlət tibb müəssisələrində ortoped-Travmatoloq kimi fəaliyyət göstərmişdir. Mürəkkəb cərrahi prosedurları icra edir. Pandemiya ilə mübarizədə dövlət səhiyyə müəssisələrinin planlanması, xidmətin təşkili, risklərin idarə olunmasında aktiv iştirak etmişdir (Tibbi Qərargah çərçivəsində). Fəaliyyətinə görə müxtəlif dövlət qurumları tərəfindən təltif edilmişdir. Vətən müharibəsində (İkinci Qarabağ müharibəsi) yaralılara tibbi xidmətin planlanması və təşkili (politravmanın menecmentliyi) üçün yaradılmış
Koordinasiya Mərkəzinin rəhbəri olmuşdur. Fəaliyyətinə görə Azərbaycan Respublikasının Müdafiə Naziri tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.
Hal hazırda ortopediya və travmatologiya sahəsində həkim kimi fəaliyyət göstərir.
Eyni zamanda Səhiyyə idarəçiliyi üzrə universitetdə müəllim kimi çalışır.











