Xəbərlər

2-ci Azərbaycan-Alman-Türk tibb konqresi

Azərbaycan Almaniya tibbi əməkdaşliq cəmiyyətinin təşkilatı dəstəyi ilə 21-25 Aprel 2016-cı il tarixlərində Bakıda 2-ci Azərbaycan-Alman-Türk tibb konqresi təşkil edildi. Konqresdə Almaniyanın, İsveçrənin, Avstriyanın, Yaponiyanın, Türkiyənin və digər Avropa ölkələrinin Universitet Klinikalarından dəvət edilmiş professorlar referent qismində iştirak etdilər.

Tədbirin gedişində hər gün Laparoskopik cərrahiyyə, Endoskopiya, Ümumi Cərrahiyyə və Ultrasonoqrafiya üzrə 25 CME (Continuing Medical Education) balı olan Workshopların keçirildi. 

Konqresdə yanaşı olaraq Azərbaycan Minimal İnvaziv və Endoskopik Cərrahlar Cəmiyyətinin də 2-ci Konqresi də keçirildi.

Konqres çərçivəsində həmçinin tələbə, rezident və gənc həkimlərin Cərrahiyyə, Onkologiya, Radiologiya və Qastroenterologiyanın aktual problemlərinə həsr edilmiş məruzələrində ibarət forumu təşkil olunmuşdur.

Konqressdə fəal iştirak edən Mediland Hospitalın 6 əməkdaşı sonda sertifikatlar almışdırlar.