Xəbərlər

Lipomanin xaric edilməsi

Lipoma - yumşaq, hərəkətli və ağrısız piy toxumasının şişidir. 
Faktiki olaraq, bu xoşxassəli şişdir. Lipoma təhlükəli deyil. Lakin çox nadir hallarda olsa da lipoma bədxassəli şişə - liposarkomaya - çevrilə bilər.

Lipoma bədənin istənilən hissəsində piy toxuması olan yerdə inkişaf edə bilər. Adətən lipomalar beldə, boyunda, başda, qollarda və ayaqlarda, qadınlarda süd vəzilərdə müşahidə olunur. Lakin bəzən lipomalar çox fərqli nahiyyələrdə, hətta daxili orqanlarda aşkar olunur.
Lipomanın əmələ gəlmə səbəbləri tibdə məlum deyil. Mütəxəssislərin fikirinə görə, mübadilə proseslərin pozulmaları, irsiyyət, şəkərli diabet, mədə, qara ciyər, qalxanvari vəzi xəstəlikləri lipomaların əmələ gəlməsinə təkan verə bilər.

Lipoma üzü özündən sorula bilməz. Lipomanın yeqanə müalicə üsulu cərrahi əməliyyatdır. Yuxarıda qeyd etdiyimiz kimi, lipoma xoşxassəli şişdir və bu səbəbdən əksər hallarda insanın sağlamlığı üçün təhlükə yaratmır. Lakin lipoma irinləyə bilər, xəstəni narahat edə bilər, görünən yerlərdə yerləşdikdə kosmetik qüsur yaradır. Bunları nəzərə alaraq bir çox hallarda lipomanın xaric olunması daha məqsədəuyğundur. Bunu ilkin mərhələlərdə lipoma kiçik olanda etmək lazımdır.
Əksər hallarda lipoma yerli anesteziyanın tətbiqi ilə ambulator şəraitdə xaric olunur və 1-2 saatdan sonra xəstə evə buraxılır. Dəriyə 1-2 kiçik tikiş qoyulur, tikişlər özü özündən sorulur.

Qəbula yazılmaq və ya ətraflı məlumat üçün əlaqə saxlayın: 
TEL: 
(012) 488 74 08
(012) 488 74 18
(012) 488 74 50

MOB:
(051) 970 35 35
(051) 940 35 35

Ünvan: Xətai rayonu, 1188 məhəllə, Sabit Orucov küç., 57G