Klinikamızda çalışan Həkim-Fizioterapevt Leyla Matanova, izləyiciləri ən çox maraqlandıran sualları cavablandırdı:
Elektroterapiya nədir? “Toklar” nə edir?
Hələ qədim zamanlarda insanlar iflicləri və revmatik ağrıları kəhrəbanın və elektrik balıqların elektrik təsiri ilə müalicə edirdilər. 1789-cu ildə qalvanizm kəşf olunduqdan sonra da onun istifadəsi təsadüfi yollarla davam edirdi. Elektrofizika və elektrofiziologiyanın elmi inkişafının nəticəsində əldə olunan nailiyyətlər sistemləşdirilmiş və təzə müalicə üsulları tətbiq olunmuşdur. Beləliklə XIX-cu əsrin axırlarında tibb elmində təzə yaranmış bölüm elektrik axının və elektromaqnit sahəsinin istifadəsində böyük imkanlar yaratmışdır. Müasir dövrdə elektrik enerjinin bütün növləri istifadə olunur ; qalvanik,sinusoidal,impuls,alçaq-,orta-,yüksək,ifrat yüskək,iraq ifrat yüksək tezlikli,interferens,statik gərginlikli və s. Cərəyanların bəzi növləri insan bədəninə elektrodlar və ötürücülər vasitəsi ilə birbaşa verilir,o biri növləri isə ötürücüsüz məsafədən verilir. Müalicənin məqsədi cərəyanın növü,forması,tezliyi,hərəkətin istiqaməti,elektrodların ölçülərinin seçilməsini və onların insan bədənində yerləşdirilməsini təyin edir. Bu müalicə növü ilə tibb müəssisələrində fizioterapiya şöbəsində həkim-fizioterapevt məşğul olur.
Beləliklə, cərəyanın təsir mexanizmi belədir. Baxmayaraq ki,bu mövzu çox böyükdür,əsas təsir mexanizmi bunlardır.Fizioterapiyada müalicə prosesi orqanizmin qıcıqlandırma faktoruna cavab reaksiyasından başlayır. Məlumdur ki,orqanizmin cavab reaksiyası seçdiyimiz faktorun parametrlərindən asılıdır. Məs,impuls cərəyanının 80-100-120-150 Hz olan tezlikləri ağrıkəsici effektinə malikdirlər,ona görə ki,bu ritm və tezlik ancaq hissiyat sinirləri ilə qəbul edilir. Hansılar ki,ağrı impulsasiyasını keçirdir və beləliklə cərəyan həmin axınını ləngidir,nəticədə ağrı azalır. Hərəkət sinirlərini qıcıqlandırmaq və əzələni stimulyasiya etmək üçün bizə ayrı ritm və tezlik lazım olacaq (30-50 Hz).
O biri tərəfdən,əgər məqsədimiz ətraf mühitin stress təsirinə qarşı adaptasiyasını yüksəltmək və immuniteti möhkəmləndirməkdirsə, o zaman mərkəzi sinir sisteminə təsir göstərməliyik. Bunun üçün sinir,vegetativ,endokrin,immun nizamlanma mərkəzlərinin funksional aktiv zonalarına qıcıqlandırma faktorunun (cərəyanın) ayrı keyfiyyətindən istifadə edirik.
Toxumalarda cərəyanın axını bir neçə reaksiyalarla müşahidə olunur. Tərkibi suyu daha çox olan toxumalar (qan,limfa,əzələ,parenxima) daha yüksək elektrik keçiricilik keyfiyyətinə malikdilər. Bunun hesabına cərəyan daha dərin yerləşən strukturlara çatır. Cərəyanın gedişi zamanı ionların hərəkəti istiqamətləndirilir və toxumalarda qütblük baş verir. Mənfi və müsbət ionların tərs qütblərə hərəkəti nəticəsində enerjinin azad edilməsi və mənimsənilməsi çoxsaylı biokimyəvi reaksiyalara təkan verir,metabolik proseslər yaxşılaşır. Hüceyrədaxili və hüceyrəxarici əhatədə bərpa proseslər müalicədən sonra da uzun müddət davam edir. Orqanizm sağalmağa başlayır.
Müalicə zamanı baş verən bütün prosesləri qısa məzmunda izah etmək çox çətindir. Buna görə də,növbəti məqalələr elektroterapiya ilə tanışlığı davam etdirəcək.
Xəbərlər
Digər xəbərlər
-
15.06.2024ətraflı oxu
-
01.06.2024ətraflı oxu
-
22.05.2024ətraflı oxu
-
25.04.2024ətraflı oxu
-
24.04.2024ətraflı oxu