Xəbərlər

Mediland Hospitalda KARDİOREABİLİTASİYA şöbəsi istifadəyə verildi.

Kardioreabilitasiya nədir?

Ürək damarlarına stend qoyulduqdan və ya ürək damarlarının şuntlamasından sonrakı dövrdə, ürəyin fərqli xəstəlikləri zamanı yaranan funksional problemləri fiziki hərəkətlər və həyat tərzini tənzimləmə yolu ilə müalicə üsulları KARDİOREABİLİTASİYA və ya ÜRƏK BƏRPASI adlanır.
Ürək bərpası metodları bu gün dünyada ən populyar və effektli müalicə üsulu hesab edilir.
Ürək bərpa müalicəsi bir çox ürək xəstəliklərində, xroniki ürək çatmazlığında, ürək damarlarına stend qoyulduqdan və ya ürək damarlarının şuntlamasından sonrakı dövrdə adaptasiya və sağlamlığın qazanılması üçün çox effektlidir.

Kardioreabilitasiya ürək xəstələrinin həm funksional vəziyyətini, həm də həyat keyfiyyətini xeyli yaxşılaşdırır.