ORTOKLİNİK Mediland Hospital nəzdində fəaliyyət göstərir. Geniş tibbi xidmət imkanlarını özündə cəmləşdirən Mediland hospital, multidissiplinar ortopediya və travmatologiya komandası ilə dayaq-hərəkət sisteminin xəstəliklərində SİZƏ dəstək olmaq üçün çalışır. ORTOKLİNİK – Azərbaycanda müasir ortopediya və travmatologiya sahəsində elmi əsaslara, klinik təcrübəyə və beynəlxalq protokollara əsaslanan unikal özəl tibbi təşəbbüsdür. Mərkəz dayaq-hərəkət sisteminin
xəstəliklərinin erkən diaqnostikası, profilaktikası və cərrahi müalicəsində müasir tibbi metodları pasientlərə tətbiq edir. Məqsədimiz hərəkət azadlığını bərpa etməklə insanların həyat keyfiyyətini yüksəltməkdir.