Ultrasəs terapiyası – yüksək tezlikli səs dalğaları vasitəsilə toxumalarda qan dövranını artıran, iltihabı və ağrını azaldan fizioterapevtik üsuldur. Fonoforez isə ultrasəsin köməyi ilə dərman maddələrinin dəri vasitəsilə daha dərin qatlara ötürülməsini təmin edir. Hər iki metod oynaq, əzələ və sinir sistemi xəstəliklərinin müalicəsində yüksək effektivliyə malikdir.