Akkupunktura – bədənin müəyyən bioloji aktiv nöqtələrinə incə iynələrin tətbiqi ilə ağrının azaldılması, orqanizmin bərpa və balans funksiyalarının stimullaşdırılmasını təmin edən müalicə üsuludur. Bu prosedur stress, yuxusuzluq, əzələ ağrıları, baş ağrısı və xroniki xəstəliklərin müalicəsində geniş istifadə olunur. Müalicə təcrübəli mütəxəssislər tərəfindən, steril və təhlükəsiz şəraitdə həyata keçirilir.