Kinezioterapiya – hərəkət və xüsusi məşqlər vasitəsilə bədənin funksiyalarının bərpasını və gücləndirilməsini təmin edən müalicə üsuludur. Bu metod onurğa, oynaq və əzələ problemlərinin aradan qaldırılmasında, həmçinin əməliyyatlardan sonra reabilitasiyada geniş istifadə olunur. Müalicə fərdi proqram əsasında, peşəkar fizioterapevtlər tərəfindən həyata keçirilir.