Ortopedik, nevroloji və pediatrik reabilitasiya

Ortopedik, nevroloji və pediatrik reabilitasiya xəstələrin hərəkət funksiyalarının bərpasına, ağrının azaldılmasına və həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmiş kompleks müalicə proqramıdır. Müalicə fərdi yanaşma ilə, müasir fizioterapiya üsulları və reabilitasiya avadanlıqları vasitəsilə həyata keçirilir. Uşaqlar üçün reabilitasiya proqramları onların yaşına və inkişaf səviyyəsinə uyğun şəkildə tərtib olunur.